FETÖ lideri Fətullah Gülən saxlanılıb və yaxın zamanda Türkiyəyə ekstradisiya ediləcək.

Unikal.org xəbər verir ki, bu sözləri türkiyəli jurnalist Əli Tarakçı Akit TV-də yayımlanan "Tərs qütblər" verilişində deyib.

O iddia edib ki, ABŞ Güləni nəzarətdə saxlayır: "Prezident Rəcəb Tayyib Ərdoğanın ötəngünkü açıqlamasında vacib sözlər var idi. Baxarsınız, Gülən qəti olaraq saxlanılıb və sabah Türkiyəyə gətirilir. O, sabah Türkiyədə olacaq".(axar.az)