Bu gün Topaz Premyer Liqada 17-ci tura yekun vurulub.

Unikal.org xəbər verir ki, günün ilk oyununda "Səbail" "Sabah"ı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. 

Tura mərkəzi oyunla yekun vurulub. "Qarabağ" "Tofiq Bəhramov"da "Qəbələ"ni qəbul edib. Ağdam klubu lider "Neftçi"nin büdrəməsindən maksimum yararlanıb. Qurban Qurbanovun komandası 2:1 hesablı qələbə qazanaraq "ağ-qaralar"la xal fərqini minimuma endirib.