İranın ali dini lideri Ayətulla Əli Xameneyi Tehranda səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyanı qəbul edib. 

Unikal.org xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlərlə yanaşı, Dağlıq Qarabağ məsələsinə də toxunulub.
Xameneyi ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində köməklik göstərməyə hazır olduğu bəyan edib. Diqqətə çatdırıb ki, münaqişənin həlli Azərbaycan və Ermənistan rəsmilərinin arasında daimi dialoqdan asılıdır.