“Bakıda olmaqdan məmnunam”.

Unikal.org  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfəri Li Litzenberqer bildirib.

“Xalqlarımız və ölkələrimiz arasındakı münasibətləri dərinləşdirməyi və gücləndirməyi səbirsizliklə gözləyirəm” – deyə diplomat qeyd edib.

Qeyd edək ki, səfirin sinəsindəki Azərbaycan və ABŞ bayraqlarından ibarət nişan diqqət çəkib.