Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkə Prezidenti Vladimir Putinin tapşırığı ilə martın 19-da Suriyaya rəsmi səfər edib.

Unikal.org RBK-ya istinadla xəbər verir ki, S. Şoyqu Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə danışıqlar aparıb və ona V.Putinin məktubunu verib.
 
Bildirilir ki, tərəflər danışıqlar zamanı Suriyada beynəlxalq terrorçuluqla mübarizə məsələlərini, eləcə də Yaxın Şərq regionunda təhlükəsizliyin təmin edilməsinin müxtəlif aspektlərini və münaqişədən sonrakı nizamlanmanı müzakirə ediblər.
 
S.Şoyqu qeyd edib ki, Qərb ölkələri Suriyada istənilən müsbət dəyişiklikləri minimuma endirməyə çalışırlar və böhranı yekunlaşdırmaq üçün yeni maneələr yaradırlar. Onlar İdlibdə və Şərqi Fərat ərazisində öz siyasətlərini reallaşdıra bilməmələri üçün tərəflər bu iki bölgədə təhlükəsizliyin bərpası məqsədiylə lazımi qərarların verilməsi üzrə birgə işi davam etdirmək qərarına gəliblər.