Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirləri davam etdirirlər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Xalatala kənd sakini 26 yaşlı Murad Abduyev saxlanılıb.

Onun kənddə yaşadığı evinə baxış keçirilən zaman 1 ədəd dibçəkdə hündürlükləri 10-15 sm olan kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə bitkisinin şitilləri aşkar olunub. Həmçinin qanunsuz olaraq saxladığı 1 ədəd “ TOZ-8” markalı silah da aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.