Müğənni Deniz Seki bankdan kredit götürmək qərarına gəlib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun  bu addımı atma səbəbi "Uzun Hikaye" yeni albomunun satışının zəif olmasıdır. 
Albom yaxşı satılmadığı üçün  D.Seki maddi problemlərlər üz-üzə qalıb. 

Bildirilir ki, Deniz Sekinin son albomu 300 min lirəyə başa gəlib. Bundan əlavə o yetəri qədər konsert verə bilmədiyi üçün çətin anlar yaşamağa başalayıb.