Tanınmış jurnalist Anar Niftəliyevə ağır itki üz verib. 

Unikal.org-un məlumatına görə, jurnalistin anası Güllübəyim Niftəliyevanın beyninə qan sızıb. Mərhumə bir gün komada qalıb, bu gün isə keçinib. 
 
G.Niftəliyevanın yas mərasimi aprelin 16-da Şamaxının Şıxzahirli kəndində olacaq. 
 
Qeyd edək ki, A.Niftəliyevin qardaşı, tanınmış aşıq Vüqar Mahmudoğlu da ötən ilin yanvar ayında dünyasını dəyişmişdi.