Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, şəhərin Koroğlu prospekti, 29/26 (9 mkr ərazisi) ünvanında "Hyundai Sonata" markalı avtomobil yolu keçmək istəyən orta yaşlı qadını vurub.

Hadisə şahidlərinin məlumatına görə, əraziyə polis və "təcili yardım" maşınları gəlib. Yaralının şəxsiyyəti dəqiqləşdirilir.