Türkiyənin Kayseri şəhərində keçirilən futbol qarşılaşmasından geri dönən Alanyaspor futbol klubunun idmançılarını aparan mikroavtobus aşıb.

Unikal.org xəbər verir ki, ilkin məlumata görə, Kayserispor ilə 1-1  edən  Alanyaspor futbolçuları Caulker, Dlajma, Baiano, Cisse, Welinton, Sackey və Süral birlikdə Alanyaya dönmək üçün VIP mikroavtobus kirayəyə götürülüb. 

Kayseridən yola çıxan mikroavtobus, Antalya-Alanya yolunda, şəhər mərkəzinə 5 kilometr qalmış  yoldan çıxaraq aşıb.  Qəza zamanı biri ağır olmaqla 7 alman futbolçu yaralanıb. Hadisə yerinə təcili tibbi briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.