Gəncə şəhərində aptekdən oğurluq olub.

Unikal.org xəbər verir ki, şəhərin "Poçt qəsəbəsi" adlanan ərazidə yerləşən apteklərin birində qeydə alınıb. 

Gecə saatlarında naməlum şəxs və ya şəxslər aptekə daxil olaraq oğurluq ediblər.

Dəymiş ziyanla bağlı hələlik məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.