Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayonu Göyəlli kənd sakini 48 yaşlı Arif  Tağıyevin yaşadığı ünvandan bir ədəd tək lüləli üzərində uzaq məsafə görəmə cihazı olan (5 atılan) silah aşkar olunaraq  götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.