Göygöldə 8 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasının bəzi detalları məlum olub.

Unikal.org xəbər verir ki, hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Avtomobillərin sürücüləri ötmə əməliyyatını düzgün həyata keçirmədikləri üçün toqquşma baş verib. Hadisə zamanı hər iki avtomobildə, ümumilikdə 9 nəfər olub.

Onlardan 8-i hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı xəsarət alan, 1991-ci il təvəllüdlü Həsənova Rüqiyyə Ramiz qızı boyunun və sifətin çox saylı kəsilmiş yaraları ilə Gəncə Şəhər Xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, bu gün günorta saatlarında Gəncə-Daşkəsən yolunda avtomobil qəzası baş verib. "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Baş verən yol nəqliyyat hadisəsi nəticəsində 8 nəfər dünyasını dəyişib.

Onlardan 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır. Daha bir nəfər qadın isə Gəncə Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

"VAZ-2107"nin sürücüsünün 1995-ci il təvəllüdlü Eldəniz Gəray oğlu Həsənov, "VAZ-2106"nın sürücüsünün isə 1986-cı il təvəllüdlü Aslan Rüfət oğlu Camalov olduğu müəyyən edilib. Sürücülərin hər ikisi Daşkəsən rayon sakinləridir.

Həlak olan sərnişinlər isə bunlardır: 1934-cü il təvəllüdlü Orucova Firəngiz Dəmir qızı, 1958-ci il təvəlüdlü Orucova Nahidə Qəzənfər qızı, 2018-ci təvəllüdlü Həsənova Rübabə Eldəniz qızı (bunlar "VAZ-2107"nin sərnişinləridir), 1949-cu il Bayramov Həmid Səməd oğlu, 1995-ci il təvəllüdlü Camalova Sevinc Mehman qızı, 2016-cı il təvəllüdlü Camalov Hüseyn Aslan oğlu (bunlar isə "VAZ-2106"nın sərnişinləridir).

Hazırda faktla bağlı araşdırma aparılır.

15:39

Göygöl rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. 

Unikal.org Report-a istinadən xəbər verir ki, onlardan 2-si uşaq, 4-ü qadın, 2-si isə kişidir. 

 

***12:59 

Göygöl rayonunda ağır yol qəzası baş verib. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üç nəfər hadisə yerində olub, bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Qəzada xəsarət alanların olduğu da bildirilir. 

Faktla bağlı araşdırma aparılır.