Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Fatmayı kəndində qeydə alınıb.

"Opel" markalı avtomobillə "Ford"un toqquşması nəticəsində 1955-ci il təvəllüdlü Abdullayev Vaqif və 1984-cü il təvəllüdlü Həşimova Aynur Vaqif qızı xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. (report)