Bakıda yük maşını aşıb.

Unikal.org-un verdiyi xəbərə görə, hadisə Bakı-Qazax yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı yük maşını yoldan çıxaraq aşıb. Nəticədə Bakının çıxışında böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.