ABŞ lideri Barak Obama prezident səlahiyyəti başa çatdıqdan sonra nə işlə məşğul olacağını açıqlayıb.

Bu barədə  Rusiya KİV-i xəbər verir. 

"Təxminən yeddi ay sonra iş axtarmalı olacağam və bundan dolayı xoşbəxtəm. "Linkedın" sosial şəbəkəsində hesab açıb, qarşıma nələr çıxacağına baxacağam", - Obama qeyd edib. 

ABŞ-da investisiya samitində çıxış edən Obama investorlara müraciət edib. ABŞ-ın investisiya üçün dünyadakı ən etibarlı və güclü ölkə olduğunu müdafiə edən Obama, ölkədə məşğulluğun 75 aydır artaraq rekord həddə çatacağını, Trans-Sakit Tərəfdaşlığı kimi böyük ticarət müqavilələrinin yaxında dövrəyə girəcəyini və lisey buraxılış nisbətinin tarixin ən yüksək səviyyəsinə çatdığını deyib. (AzVision.az)