Bu gecə Bakının Nərimanov rayonunda orta yaşlı qadın döyülüb.

Unikal.org admiral.az-a istinadən bildirir ki, hadisə Keşlə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1960-cı il təvəllüdlü Sara Quliyeva bədən xəsarətləri alıb. Ona ilkin yardım göstəriblər.

Araşdırmalar zamanı qadının oğlu və gəlini tərəfindən döyüldüyü deyilib.

Hazırda S.Quliyevanın həyatı üçün təhlükə yoxdur. Hadisənin isə nə səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.