22 Avqust 2019
21 Avqust 2019
45 gündür axtarılan tələbənin cəsədi uçurumdan tapıldı - FOTO+VİDEO
45 gündür axtarılan tələbənin cəsədi uçurumdan tapıldı- FOTO+VİDEO DÜNYA 15:11 2019-07-17

Antalyada uçurumda tapılan kişi cəsədinin kimliyi bəlli olub. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, tapılan cəsəd 45 gün əvvəl həmin ərazidə itən Əyyubxan Yıldıza aiddir. Onun kimliyi üzərindən çıxan şəxsiyyət vəsiqəsi ilə müəyyənləşib.

Ə.Yıldız 20 yaşlı universitet tələbəsi imiş.

Gənc oğlanın cəsədini 6 saatdan sonra 120 metrlik uçurumdan yuxarı çıxarmaq mümkün olub. Ölümün dəqiq səbəbi hələlik məlum deyil. 

Gəncin atası İhsan Yıldız oğlunun ölümüylə bağlı bunları deyib:

"Nəhayət oğlumun cənazəsini tapdım. Üzərində oğluma aid şəxsiyyət vəsiqəsi çıxdı. Qəti ölüm səbəbi İstanbuldakı ekspertizadan sonra bəlli olacaq". 

Cəsəd İstanbuldakı morqa aparılıb. 


  • 45 gündür axtarılan tələbənin cəsədi uçurumdan tapıldı- FOTO+VİDEO
  • 45 gündür axtarılan tələbənin cəsədi uçurumdan tapıldı- FOTO+VİDEO
  • 45 gündür axtarılan tələbənin cəsədi uçurumdan tapıldı- FOTO+VİDEO