Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Cırdaxan kəndində qeydə alınıb. 

"VAZ-2107" markalı avtomobil traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində "VAZ-2107"-in sürücüsü, 1978-ci il təvəllüdlü Hüseyn Əhmədov və sərnişin, 1969-cu il təvəllüdlü Salman İmranov xəsarət alıblar. S.İmranov xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.