Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda, dənizdə, məntəqə ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a məlumat verilib.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.