Abşeron rayonunda dənizdə batan şəxsin meyiti sudan çıxarılıb.

Unikal.org xəbər verir ki. 1990-cı il Məmmədov Pərviz Adil oğlunun meyiti Corat qəsəbəsi yaxınlığında dənizdə aşkar olunub.

Meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, P. Məmmədov Sumqayıt  Vərəm əleyhinə Xəstəxanasının həkimi Adil Məmmədovun oğludur.

19:06

xxx

Abşeron rayonunun Novxanı kəndində, dənizdə 1 nəfər batıb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, FHN-nin  "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Novxanı kəndində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.