Neftçalada meyit aşkarlanıb.

Unikal.org “Report”un Aran bürosu xəbər verir ki, bu gün səhər saatlarında rayonun Bankə qəsəbə sakini, 1970-ci il təvəllüdlü Əliyev Mahir Abbas oğlununmeyiti Neftçala şəhərində yerləşən "Xatimə" şadlıq sarayının arxasında tapılıb.

Məlumata görə, mərhum həmin gün toy mərasiminə gedib və axşam evə qayıtmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.