21 Noyabr 2019
Qaçaqmalçılardan 5 milyonluq kitab götürüldü: Əlyazmanın 5 min yaşı var
Qaçaqmalçılardan 5 milyonluq kitab götürüldü:Əlyazmanın 5 min yaşı var DÜNYA 22:44 2019-08-20

Türkiyə polisi qaçaqmalçılara qarşı xüsusi əməliyyat keçirib.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat  Malatya vilayətinin Darende rayonunda reallaşdırılıb.

Əməliyyat zamanı təxminən 5 min yaşı olduğu ehtimal edilən qədim kitab ələ keçirilib.

Bildirilir ki, ceyran dərisi üzərində ivrit dilində yazılan tarixi kitabın qiyməti 5 milyon ABŞ dolları dəyərindədir. Faktla bağlı 3 nəfər həbs olunub.