Xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə dövlət rüsumu ləğv edilib.

Unikal.org xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Qanununda dəyişiklikləri təsdiqləyib.

Belə ki, "Dövlət rüsumu haqqında" qanunun 16.1.4-cü bəndi ləğv edilib.

Qeyd edək ki, sənədin 16.1.4-cü bəndinə əsasən, xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə 4 manat dövlət rüsumu tutulurdu.