Bakı şəhəri, Qaradağ rayonunda təkər tullantıları yanıb.

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva "Report"a bildirib ki, yanğın ƏIət-Astara magistral yolunun Qaradağ rayonundan keçən hissəsinin yaxınlığındakı qamışlıq deyilən ərazidə qeydə alınıb:

"Ciddi bir şey yoxdur, orada olan təkər tullantıları yanıb. Əraziyə yanğınsöndürən maşınlar cəlb olunub. Hazırda yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan yoxdur".