Binəqədi rayonunda ölüm hadisəsi baş verib.

Unikal.org APA-ya istinadla xəbər verir ki, hadisə Binəqədi-Novxanı şossesində baş verib.

Belə ki, 25 yaşlı Abdullzadə Əminə Faiq qızı avtomobildən dəniz qırağına düşmək istəyərkən qəfil onun halı pisləşib.

Avtomobil sürücüsü ona yardım etmək istəyən zaman Ə. Abdullzadə ölüb.