14 Noyabr 2019
13 Noyabr 2019
"Çelsi" minimal hesablı qələbə qazanıb
"Çelsi" minimal hesablı qələbə qazanıb İDMAN 23:54 2019-10-23

UEFA Çempionlar Liqasında qrup mərhələsinin daha 2 oyunu keçirilib.

Unikal.org xəbər verir ki,  ötən mövsümün yarımfinalçısı "Ayaks" Hollandiyada Avropa Liqasının son qalibi olan İngiltərənin "Çelsi" komandasını qəbul edib. "Amsterdam Arena"da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. 

Yeganə qolu 86-cı dəqiqədə Mişi Batşuayi vurub. Bu qələbə sayəsində "Çelsi" xallarını 6-ya çatdıraraq, H qrupunda eyni xala malik "Ayaks"la şərikli lider olub.

"Leyptsiq" isə Almaniyada Rusiya "Zenit"i üzərində əzmkar qələbə qazanıb. Sankt-Peterburq təmsilçisi Yaroslav Rakitskinin 25-ci dəqiqədə vurduğu qolla ilk yarını öndə tamamlayıb. Fasilədən sonra isə meydan sahibləri 2 qol vurmağa müvəffəq olub. 

49-cu dəqiqədə Konrad Laymer, 59-cu dəqiqədə isə Marsel Sabitser fərqlənib. Bununla da xallarını 6-ya çatdıran "Leyptsiq" liderliyə yüksəlib. 4 xala malik "Zenit" isə Fransa "Lion"u ilə 2-3-cü yerləri bölüşür. Tura saat 23:00-da başlanacaq 6 qarşılaşma ilə yekun vurulacaq.