Sumqayıtda mənzildən meyit tapılıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, bu barədə məlumat "112" qaynar telefon xəttinə daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Nəcəfova Nəzakət Əhmədxan qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.