Türkiyədə 'yenge' ləqəbiylə tanınan Amerikalı sosial media fenomeni Amanda Cerny İstanbula gəlib.

Unikal.org xəbər verir ki, Amanda Cerny Türkiyə ziyarətində çəkildiyi bir fotoşəkili paylaşaraq həyata müsbət baxmanın əhəmiyyətinə toxunub. 

Amanda Cerny, Twitter hesabında türk izləyicisi ilə yazəşmasından sonra, onun Türkiyədə tanınmasına səbəb olmuşdu.

Cerny bu populyarlığından sonra Türkiyənin məşhur şirkətlərinin də marağını cəlb edib. O, bir şirkətin üz markanın siması olaraq İstanbula çəkiliş üçün ziyarət edib.

Instagramda 26,3 milyon təqibçisi olan Cerny, hər gün bəyənmə mesajları qədər, pis şərh və tənqidlərlə də qarşılaşır. Cernyin Türkiyəni müdafiə etdiyinə görə, son paylaşımında ona gələn qəzəb və nifrət mesajlarına türkiyədəki şəkillərin paylaşmaqla cavab verib. 

O, həmçinin bundan sonra ehtiraslı bir fotosunu da paylaşıb.

Amanda Cerny növbəti fotoşəkilini paylaşaraq belə yazıb: "Müsbət insanlar müsbət enerjiyə çəkilir, mənfi insanlar mənfi enerjiyə çəkilir. Mənfi enerjini məhsuldar və müsbət bir şeyə çevirməyi ortaya çıxarın".