Yevlax şəhərinin Kolanı kəndində Yuxarı Qarabağ kanalında batdığı ehtimal olunan 1965-ci il təvəllüdlü Nəzərova Şölə Səfər qızının axtarışları başa çatıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Ş.Nəzərovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, yanvar ayının 28-də Nəzərova Şölə Səfər qızı intihar məqsədi ilə Bərdə rayon Hacallı kənd sakini, Qarabağ kanalına özünü atıb.