Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Unikal.org-un "report"-a istinadən verdiyi məlumata görə, hadisə Gülməmmədli kəndində qeydə alınıb.

Həmin kənd sakini, 1982-ci il təvəllüdlü Fərəcova Sehranə Əhliman qızı küt alətlə döyülüb. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Məlumata görə, S.Fərəcovanı tanıdığı şəxs döyüb.

Faktla bağlı araşdırma aparılır.