Fransalı biatlonçu Marten Furkad karyerasını başa vurub.

Unikal.org xəbər verir ki, bu barədə 31 yaşlı idmançının özü açıqlama verib. "Vida zamanı yetişdi" deyə Furkad şəxsi "Twitter" hesabında yazıb. 

Onun son yarışı hazırda Finlandiyanın Kontiolahti şəhərində keçirilən Dünya Kubokunun 8-ci mərhələsi ola bilər.

Qeyd edək ki, Morten Furkad 5 qat olimpiya, 13 qat dünya çempionu, Dünya Kubokunun 7 qat qalibidir. O, qazanılmış mükafat sayında biatlon tarixində birinci yeri tutur.