Çində COVİD-19 koronavirusundan daha 14 nəfər dünyasını dəyişib.

Unikal.org "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Çinin səhiyyə məsələləri üzrə Dövlət Komitəsindən bildiriblər.

Məlumata əsasən, ötən sutka ərzində koronavirusa 16 yoluxma halı qeydə alınıb və yoluxanların ümumi sayı 80860 nəfərə çatıb. Onlardan 3213 nəfəri ölüb, 67490 nəfəri isə sağalıb.