Çinin Sıçuan əyalətində meşə yanğını baş verib.

Unikal.org-un məlumatına görə, yanğının söndürülməsində iştirak edən 18 yanğınsöndürən, 1 nəfər isə meşə təsərrüfatı işçisi həlak olub.

Yanğın martın 30-da yerli vaxtla 15:50-də (Bakı vaxtı ilə 11:50-də) əyalətin cənubunda yerləşən Lianşan-İy muxtar dairəsinin Siçan şəhəri yaxınlığında baş verib və güclü külək nəticəsində sürətlə yayılmağa başlayıb.