İndoneziya yeni növ koronavirus (COVID-19) ilə mübarizə üçün 25 milyard dollar ayırdığını açıqlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziya prezidenti Joko Widodo verdiyi açıqlamada, “COVID-19” ilə mübarizə və virusun iqtisadiyyatdakı əksini yüngülləşdirmək üçün əlavə bir büdcə 405,1 trilyon rupiya (təxminən 25 milyard dollar) ayrıldığını bildirib.

Bütün bölgələrə maliyyə dəstəyinin veriləcəyini bildirən Widodo, “COVID-19”un ölkə iqtisadiyyatına və maliyyə sisteminə təsirini azaltmağı hədəflədiklərini qeyd edib. 

Artan epidemiya səbəbiylə ölkə daxilində “xalq sağlamlığı vəziyyətində fövqəladə hal” elan etdiklərini bildirən Widodo, mövcud vəziyyətə görə bölgə rəhbərliyini “mərkəzi hökumətin tətbiqinə tabe olmağa” çağırıb.

Qeyd edək ki, İndoneziyada 34 ştatından 31-də koronavirus aşkarlanıb. İndiyə kimi ölkədə 528 min nəfər “COVİD-19”a yoluxub, ğlənlərin sayı isə 136-ya çatıb.