Türkiyədə müalicə aldığı xəstəxanadan qaçan COVID-19 daşıyıcısı ölüb.

Unikal.org xəbər verir ki, hadisə Tokat şəhərində baş verib.

Məlumata görə, ölən şəxs 74 yaşlı kişi olub. Onun 70 yaşlı həyat yoldaşında koronavirus testinin nəticəsi neqativ çıxıb.

Bildirilir ki, mərhum xəstəxanadan qaçışı bir neçə gün öncə gerçəkləşdirib. 74 yaşlı kişi evində aşkar edilərək yenidən xəstəxanaya müşahidə altına götürülüb və orada dünyasını dəyişib.