İndoneziyanın Sumatra adasında Aceh əyalətində 5 bal gücündə zəlzələ baş verib. 

Unikal.org məlumat verir ki, İndoneziya Meteoroloji İqlim və Geofizika Təşkilatı (BMKG), episentri Sinabang bölgəsindən 291 kilometr cənub-qərbdə meydana gələn zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.

Qeyd edək ki, zəlzələ səbəbiylə ölən və ya yaralanan olmayıb.