Bakının Qaradağ rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonunun Lökbatan qəsəbəsində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı yaşadığı binanın beşinci mərtəbəsində otağın pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb. 

Ağır bədən xəsarətləri alan N.Məhərrəmova xəstəxanaya aparılarkən yolda ölüb. 

Qeyd edək ki, N.Məhərrəmova  Baki Ali Neft Məktəbinin üçüncü kurs tələbəsidir. O, Prezident təqaüdçüsü olub.