Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.

1997-ci il təvəllüdlü Alıyeva Gülxanım Akif qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qadının yaxınlarının sözlərinə görə, o, göbələkdən zəhərlənib.