Yevlaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, hadisə  Tanrıqullar, Salahlı kəndləri istiqamətindəki magistral yolda baş verib. 

“Mercedes” və “Hyndai” markalı minik maşınları toqquşub. Qəza nəticəsində bir nəfər yerindəcə dünyasını dəyişib. Ağır xəsarət alan iki nəfər isə xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma başlanıb.