Bakıda 31 yaşlı kişi qonaq getdiyi mənzildə ölü tapılıb.

Unikal.org  APA-ya istinadən xəbər verir ki,  hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. 

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Ceyhun Quliyev dostunun evinə qonaq gələrək orada gecələyib. 

Səhəri gün naməlum şəxs C. Quliyevin qardaşı Kərim Quliyevin telefonuna zəng vuraraq qardaşının öldüyünü bildirib. 

C. Quliyevin meyiti Hövsan qəsəbəsində dostunun evində aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.