Naftalan şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli evdə yanğın hadisəsi baş verib.

Bu barədə  Unikal.org-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı yataq dəsti və xalça yanıb. Yanğın nəticəsində 1 nəfər tüstüdən zəhərlənib. 

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.