Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri  Biləsuvar rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib. Artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, əməliyyat zamanı rayon icra hakimiyyəti başçısı Mahir Quliyevlə birgə müavinləri - birinci müavini Xanlar Bayram oğlu Məmmədov, 

başçının müavini- sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri - Elsevər Cəmil oğlu Həsənov, başçının müavini-ictimai-siyasi və humanitar  məsələlər şöbəsinin müdiri Ləman Cəbrayıl qızı Yüzbaşova da saxlanılıb. 

Orxan Həsənli