Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə rayonun Cırdaxan kəndində qeydə alınıb.

“Lexus” markalı minik maşını ilə “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ 2107”nin sürücüsü, 1982-ci il təvəllüdlü Musayev Radiq Sədrəddin oğlu və sərnişin, 1977-ci il təvəllüdlü Musayeva Ədilə Bağan qızı xəsarət alıb.

İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava şəraiti olub. 

Faktla bağlı araşdırma aparılır. (apa)