Bakıda qaydaları kobud şəkildə pozan sürücü yol polisi tərəfindən aşkarlanıb.

Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, rayonun Atamoğlan Rzayev küçəsində hərəkətdə olarkən qarşıdan əks istiqamətdə çıxaraq gələn 99 SN 722 dövlət nömrə nişanlı, "Porsche" markalı avtomobilin sürücüsü aşkar edilib.

Rayon Yol Polisi Şöbəsinin əməkdaşı, 99 YP 288 dövlət nömrə nişanlı patrul avtomobili ilə xidmət aparan polis serjantı Tural Kamranzadə "Porshe"nin sürücüsü Novruzlu Sahil Müşfiq oğlunu saxlayıb. Sürücü qayda pozduğunu etiraf edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə protokol tərtib olunub. 100 manat və 4 bal cərimə edilib.

Qeyd edək ki, bu gün Suraxanı rayonu ərazisində əks istiqamətdə hərəkət edən sürücünün görüntüləri Avtosfer.az saytında yayımlanmışdı.