Polşada son sutka ərzində 489 nəfərdə yeni növ koronavirus qeydə alınıb. Bununla da ölkədə ümumi yoluxma hallarının sayı 19 983-ə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatına görə, son sutkada ölkədə 12 nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı isə 965 nəfərə çatıb.

Son məlumatlara görə, Polşada koronavirusla əlaqədar 2 330 nəfər xəstəxanaya yerləşdirilib, 77 461 nəfər karantindədir, 8 452 nəfər sağalıb.