Böyük Britaniyada son sutkada koronavirusdan 377 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da ölkədə təhlükəli virusdan ölənlərin ümumi sayı 37 837-yə çatıb. Eyni zamanda bir gün ərzində COVID-19-a 1 887 yeni yoluxma qeydə alınıb.

Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 269 127 nəfərə çatıb.