Ermənistanda daha 120 nəfərdə koronavirus aşkarlanıb, 8 nəfər ölüb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 9 402-yə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 139-a çatıb.

Bildirilib ki, indiyədək 3 402 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 5 896 aktiv koronavirus xəstəsi var.