ABŞ-da Corc Floydun öldürülməsinə etiraz edən aksiya iştirakçıları komendant saatının başlanmasına bir neçə saat qalmış Konqres binasının qarşısına toplaşıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar metal konstruksiya ilə əhatə olunmuş Konqres binasının qarşısında hökumət əleyhinə şüarlar səsləndirib.

Polisin baş verənlərə müdaxilə etmədiyi bildirilir.

Qeyd edək ki, Vaşinqtonda yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə bu səhər saat 07:00-da) komendant saatı başlayıb.

Xatırladaq ki, Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölməsindən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.