ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində etirazçıları dağıtmağa çalışan polis qoca kişini itələyərək onu ölümlə üz-üzə qoyub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin görüntüləri WBFO kanalının “YouTube” səhifəsində yayımlanıb.

Kadrlarda iki polis əməkdaşının onlara doğru gələn yaşlı kişini itələyərək, yerə yıxması əks olunub.

Başı asfalta dəyən qocanın qulağından qan gəlməyə başlayır. İnsident nəticəsində 75 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini kafi qiymətləndirirlər.

İnsidentə səbəb olan iki polis əməkdaşı işindən uzaqlaşdırılıb.